Şəhid olan Seymurun - Fotosu

sehid-olan-seymurun
Oxunma sayı: 10726

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub və düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

"Qafqazinfo"nun məlumatına görə, Seymur Ələsgərov müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. 

Rütbəsi gizir olan 1990-cı il təvəllüdlü şəhidimiz Gəncə şəhəri, Kəpəz rayon sakini imiş. Seymur Ələsgərovun atası vəfat edib. Şəhidin cənazəsi sabah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Elmar Əli