Bu gündən avroya keçdilər

bu-gunden-avroya-kecdiler
Oxunma sayı: 1389

Bolqarıstan bu gündən etibarən rəsmi olaraq Avro zonasına daxil olaraq, milli valyutası levdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, artıq avro ölkənin yeganə qanuni ödəniş vasitəsinə çevrilib və bununla da Avropa İttifaqında (Aİ) vahid valyuta məkanından istifadə edən ölkələrin sayı 21-ə yüksəlib.

Qeyd edək ki, hazırda Aİ-yə üzv olan dövlətlər arasında hələ də öz milli valyutasını saxlayan cəmi 6 ölkə qalıb. Bunlar Çexiya, İsveç, Rumıniya, Polşa, Macarıstan və Danimarkadır.

Xatırladaq ki, Bolqarıstanın avroya keçidi ilə bağlı qərar Avropa İttifaqı Şurası tərəfindən 2025-ci ilin yayında təsdiqlənmişdi. Ölkə bu addımla Avropa iqtisadiyyatına daha sıx inteqrasiya etməyi hədəfləyir.