Qəhvədən imtina etməyin əsaslı səbəbləri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim Dmitri Demidik məlumat verib.
O, əsasən hamilə qadınlara qəhvədən çəkinməyi məsləhət görüb.
“Yüksək dozada kofein uşaqlıq tonusunu artıra bilər və bu da düşüyə səbəb olar. Həmçinin, panik atakları olan insanlar qəhvədən çəkinməlidir. Çünki kofein narahatlığa səbəb olur. Əgər ürək-damar xəstəlikləriniz, xüsusən də dərmanlarla idarə olunmayan nəzarətsiz hipertoniyanız varsa, qəhvə istehlakından çəkinmək lazımdır. Mədə-bağırsaq xəstəlikləri zamanı da qəhvə qəbulu əks göstərişdir. Xüsusilə, reflüks, onikibarmaq bağırsağın xorası və digər xəstəlikləri olan insanların qəhvədən imtina etməsi vacibdir”, - deyə həkim əlavə edib.
Son xəbərlər
Son Xəbərlər