Gürcüstan Aİ-nin bugünkü toplantılarında iştirakdan imtina edib

gurcustan-ai-nin-bugunku-toplantilarinda-istirakdan-imtina-edib
Oxunma sayı: 187

Gürcüstan rəhbərliyi Avropa İttifaqının bu gün Brüsseldə keçiriləcək tədbirlərində iştirakdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təşkilatçılar ittifaqın genişlənməsinə dair sammitə yalnız Gürcüstanın Brüsseldəki səfirini dəvət edib. 

Bildirilib ki, ölkə müvafiq səviyyədə tədbirə dəvət olunmadığından toplantılarda iştirak etməyəcək.