“Bu mənə qollardan daha böyük mükafat olacaq” - Velko Simiç

bu-mene-qollardan-daha-boyuk-mukafat-olacaq
Oxunma sayı: 562

“Ola bilər ki, bu, bizim ən yaxşı keçirdiyimiz oyunlardan biri deyil. Amma hər şey ikinci oyundan asılıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Velko Simiç deyib.

O, “Sabah”ın dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel”ə (Beer-Şeva) 1:2 hesabı ilə uduzduğu oyundan danışıb. İsrail təmslçisi lə matçda hesabı açan futbolçu yekunda uğurlu nəticəyə ümid edir:

“Nəticə hələ də bəlli deyil. Oyunumuzda bəzi şeylər var ki, onları daha da artırmalı, inkişaf etdirməliyik. Əlbəttə, Çempionlar Liqasının bu mərhələlərində qollar vurmaq möhtəşəm hissdir. Amma mənim üçün komandanın nəticəsi daha önəmlidir. Biz istərdik ki, daha yaxşı şəkildə çıxış edək. Əgər Bakıda çox yaxşı nəticə əldə edib, Çempionlar Liqasının əsas mərhələsinə adlasaq, bu, mənə qollardan daha böyük mükafat olacaq. Biz, əlbəttə, qarşıdan gələn oyunu böyük səbrsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, oyuna gəlib stadionu doldursunlar. Yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.