Lixtenşteyn knyaz evi taxt-tacın irsən keçməsi haqqında qanuna dəyişiklik edərək kişilərin əsrlər boyu davam edən prioritet hüququnu ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin milli bayramı münasibətilə knyaz evinin rəsmi saytında məlumat yayılıb.
Qəbul edilən düzəlişlərə əsasən, taxt cinsindən asılı olmayaraq mövcud monarxın böyük övladına keçəcək. Bundan əlavə, knyaz evinin bütün qadın üzvləri ailə nizamnaməsi ilə tənzimlənən məsələlərin həllində kişilərlə bərabər səs hüququ əldə edəcəklər.
Xatırladaq ki, indiyə qədər Lixtenşteyndə taxt-tacın yalnız kişilərə keçdiyi patriarxal sistem fəaliyyət göstərirdi.
Son xəbərlər
Son Xəbərlər