Bu sahibkarlara 250 manat yardım ediləcək

bu-sahibkarlara-250-manat-yardim-edilecek
Oxunma sayı: 15330

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında yaydığı məlumatda bildirilib.

Nazirlik bütün vergi ödəyicilərindən xahiş edir ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.