Buçaya hücumda 27 nəfər öldü

bucaya-hucumda-27-nefer-oldu
Oxunma sayı: 760

Rusiya ordusunun ötən gün Kiyevin Buça rayonuna zərbə endirməsi nəticəsində 27 nəfər həlak olub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində daha 42 nəfər isə xəsarət alıb. 

Kiyev vilayəti dövlət administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, həlak olanların sayının artacağı gözlənilir. 

Hazırda hücum baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.