Bülent Ersoyun əsgərlə olan görüntüsü tənqid olundu - Fotolar

bulent-ersoyun-esgerle-olan-goruntusu-tenqid-olundu
Oxunma sayı: 3520

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anıtkabir ziyarətinə əlil arabasında gedən Ersoy hörmət əlaməti olaraq ayağa durub.

Yağışlı havada edilən ziyarətdə bir əsgərin Ersoya çətir tutması gözdən qaçmayıb. Görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olub. İzləyicilər müğənnini tənqid atəşinə tutub.