Bulvardakı pişik belə xilas edildi - Video

bulvardaki-pisik-bele-xilas-edildi
Oxunma sayı: 2210

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin qarşısında, dəniz sahilindəki köhnə estakadanın üzərində bir pişiyin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Nazirlikdən "Qafqazinfo"ya verilən xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal əraziyə cəlb edilib. 

Xilasedicilər müvafiq vasitələrdən istifadə edərək pişiyi xilas ediblər.