CAR-da mədən çökdü - 14 işçi həlak oldu

car-da-meden-cokdu
Oxunma sayı: 237

Cənubi Afrika Respublikasının (CAR) şimal-qərbində yerləşən mədəndə baş verən uçqun nəticəsində azı 14 qanunsuz işçi həlak olub.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə avqustun 11-də Rustenburq şəhəri yaxınlığında qeydə alınıb.

Polis komissarı Artur Piter Adamsın verdiyi məlumata görə, qəza fəhlələrin platin metalları hasil etdiyi vaxt baş verib. Dağıntılar altında nə qədər insanın qaldığı dəqiq məlum deyil və hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəsarət alan şaxtaçıların Lesoto vətəndaşları olduğu bildirilir. Həlak olanların şəxsiyyəti və hansı ölkənin vətəndaşı olduğu isə hələlik dəqiqləşdirilməyib.