Cəlilabad rayon sakini avtomobil qəzasında həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı şəhərində qeydə alınıb.
Belə ki, sözügedən rayondan olan Cavid Qəniyev yolu keçərkən avtomobil tərəfindən vurulub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər
