Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü - Video - Yenilənib

celilabadda-aciq-erazide-bas-veren-yangin-sonduruldu
Oxunma sayı: 940

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi ərazisinə də keçib.

Hazırda hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Kiçik Zəvvar ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsinin payız-qış mövsümündə su altında qalması yanğınsöndürənlərin yanğına müdaxiləsini xeyli çətinləşdirir.

Qeyd edək ki, təsərrüfat ərazisində bir neçə ay bundan öncə də yanğın olub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.