“Ağlıma gəlməzdi ki, bu yaşa gələcəyəm...”

aglima-gelmezdi-ki-bu-yasa-geleceyem
Oxunma sayı: 3393

Məşhur komediya ustası Cem Yılmazın 51 yaşı tamam olub.

“Qafqazinfo” xəbər verir ki, aktyor sosial media hesabında doğum günü münasibətilə özünü təbrik edib. O, paylaşımında sağlam və uzun ömrün sirlərindən yazıb:

“Ağlıma gəlməzdi ki, bu yaşa gələcəyəm. Bu, heyrətamizdir. Doğum günümü təbrik edən bütün dostlarıma təşəkkür edirəm. Uzun ömür sürməyimin sirri həmişə pozitiv görünməyim və özümü sevməyimdir. Əlbəttə ki, zəncəfil və kvant fizikası əsasında yaşamağın da payı var. Ən önəmlisi isə həmişə etdiyim yoqa! Təşəkkür edirəm 2024”.