Çempionatöncəsi komanda üzvlərimizlə görüş keçirildi - Fotolar

cempionatoncesi-komanda-uzvlerimizle-gorus-kecirildi
Oxunma sayı: 411

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa çempionatı öncəsi Batumidə komanda üzvlərimizlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, yığma komandamızın baş məşqçisi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 idmançımız körpücük üzərinə çıxacaq.

Tehran Məmmədov sabah, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü isə növbəti günlərdə mübarizəyə qoşulacaqlar.

Təmsilçilərimizdən Əli Şükürlü komandaya 22 aprel tarixindən etibarən qoşulacaq.