Cənubi Koreyanın Muan hava limanında təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub, onlardan 28 nəfər həlak olub.
***
Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
***
Qəza nəticəsində 179 nəfər həlak olub, yalnız 2 nəfər sağ qalıb.
Təyyarənin göyərtəsində altısı ekipaj üzvü olmaqla ümumilikdə 181 nəfər olub.