Cənubi Sudanda təyyarə qəzası - 18 ölü

cenubi-sudanda-teyyare-qezasi
Oxunma sayı: 1376

Cənubi Sudanda təyyarə qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 21 sərnişin və ekipaj üzvü olub.

Hadisə nəticəsində pilot da daxil olmaqla 18 nəfər həlak olub.

Sağ qalan 3 nəfərdən biri Malayziya, digər ikisi isə Cənubi Sudan vətəndaşıdır.

Hazırda xilasetmə işləri və araşdırmalar davam etdirilir.