Ceyhun Bayramov Mirzoyanla görüşdü

ceyhun-bayramov-mirzoyanla-gorusdu
Oxunma sayı: 3896

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.