Ceyhun Bayramov Türkiyəyə getdi

ceyhun-bayramov-turkiyeye-getdi
Oxunma sayı: 1575

Fevralın 29-u xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nazir Antalya Diplomatiya Forumunda iştirak edəcək.

XİN rəhbərinin “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.