“Check up” müayinəni nə üçün etdirməliyik? - Dr. Fərəh Məmmədova

check-up-muayineni-ne-ucun-etdirmeliyik
Oxunma sayı: 1760

“Check up” cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacib skrininq metodudur. Bu müayinə bütün xəstəliklərin rastgəlmə tezliyinin artmasını və sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. 

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin ailə həkimi, “check up” üzrə mütəxəssis Dr. Fərəh Məmmədova müasir dövrdə “check up” müayinənin vacibliyi və əhəmiyyətindən danışıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Check up” nədir və bunda ailə həkiminin rolu nədən ibarətdir?

- “Check up” insanların sağlamlığının qiymətləndirilməsi və davamlı təqibi məqsədilə aparılan kompleks müayinələrdir. Tam bədən müayinəsi və ya illik kontrol kimi də adlandırılır. Xəstəlikləri erkən dövrdə aşkarlamaq və təhlükəli ağırlaşmalardan qorunmaq üçün bu müayinə çox əhəmiyyətlidir.

Burada ailə həkiminin rolu təkcə fiziki müayinə deyil, tam bir dəyərləndirmə aparmaqdır. Yəni görüş zamanı pasiyentin həyat tərzi, qidalanma xüsusiyyətləri, iş rejimi, ailə anamnezi, zərərli vərdişləri haqqında geniş müzakirə aparılır və sonda sağlıq durumu kompleks qiymətləndirilir.

- “Check up” müayinə kimlər üçün vacibdir və bu müayinə hansı aralıqla aparılmalıdır?

- Hər bir sağlam şəxsin ildə 1 dəfə “check up” müayinədən keçməsi son dərəcə əhəmiyyətlidir.

Xüsusən aşağıdakı qrup insanlar üçün mütləqdir:

- Ailəsində piylənmə, diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, xolesterin yüksəkliyi, mədə, bağırsaq, prostat xərçəngi xəstələri olanlar;

- Davamlı idman və ya pəhriz proqramına başlayacaq şəxslər;

- Gərgin rejimdə, stres altında çalışanlar;

- Siqaret çəkən və alkoqol istifadə edənlər;

- Qısa zamanda çəki almış və ya kəskin çəki itirmiş olanlar;

- Sağlam bir menopauza dövrü keçirmək istəyən qadınlar;

- Yaddaş zəifliyi, ruh düşkünlüyü, halsızlıq, yuxu pozğunluğundan şəkayət edənlər.

- Bizim üçün “check up” müayinənin əhəmiyyəti nələrdir?

- “Check up” müayinənin əhəmiyyəti bizim üçün olduqca böyükdür. Xəstəliklərin erkən aşkarlanması və vaxtında aparılan müalicə ilə sağalma şansını daha çox artırır. Hətta belə bir deyim də var - “Erkən diaqnoz həyat qurtarır”. İnsanın sağlam olmasının tibbi müayinələrlə təsdiqlənməsinin verdiyi rahatlıq və güvən hissi. “Check up” proqramının fərdiliyi- şəxsə uyğun, yəni yaş, cins, ailə anamnezi, həyat tərzi, risk faktorları nəzərə alınaraq seçilməsi. Xroniki xəstəliklər üçün sərf olunacaq maddi vəsaiti aşağı səviyyələrə endirmək. 
Gecikmiş mərhələdə olan və ya ciddi ağırlaşmalarla fəsadlaşmış bir çox xəstəliklərlə mübərizə  böyük vəsait tələb edir. Baxmayaraq ki, rutin aparılan müayinələr belə xəstəlikləri erkən aşkar etməklə müalicə tədbirlərinin daha sadə və az sərfiyyatlı olmasına gətirib çıxarır.

Ölkənin səhiyyə sahəsində özünəməxsus yeri olan Referans Klinik Laboratoriya Mərkəzi fəaliyyətini daha da genişləndirməkdədir. Məhz “Check up” Mərkəzinin fəaliyyətə başlaması da ən böyük üstünlüklərdən biridir. Bu xidmət Referansın VİP filialinda həyata keçirilir, istisna hallarda digər filiallarda da müayinələr aparılır. “Check up” proqramı adı altında 32 müxtəlif paketlər təqdim olunur. Bunların daxilində laborator testlər, həmçinin funksional müayinələr (UZİ, EXO, EKQ, radioloji müayinələr və s,) aparılır və ailə həkimi ilə görüş aiddir.

- “Check up”​ müayinə üçün sizin mərkəzinizə necə müraciət etmək olar?

- Müayinə üçün çağrı mərkəzi *0033 ilə əlaqə saxlayıb görüş günü təyin edə bilərlər. Bundan əvvəl Referansın rəsmi saytına keçid edərək “check up” proqramlar ilə  (https://bit.ly/3UpuwEX) tanış olmaq məsləhətdir. “Check up” paketləri başlığı altında təqdim olunur və yaş, cins, risk faktorlar nəzərə alınaraq qruplaşdırılıb. “Check up” həkimi ilə ilk görüş zamanı narahatlıqlarınızı, fikirlərinizi bildirirsiniz, ailə anamnezi və yaşam şərtləriniz nəzərə alınaraq müayinə paketinə həkimlə birlikdə qərar verə bilərsiniz.

- Müayinəöncəsi nə edilməlidir, necə hazırlaşmaq lazımdır?

-“Check up”a gəlmədən əvvəl mütləq görüş günü alınmalıdır. Təyin olunan gün və saatda klinikaya gəlməyiniz xahiş olunur. Daha əvvəl (son 6 ay) keçirdiyiniz müayinə və test nəticələriniz varsa, mütləq gətirin. Gorüş günü heç bir yemək və maye qəbul etmədən (8-10 saatlıq) acqarına gəlməyiniz mütləqdir. Siqaret çəkmək olmaz. 48 saat əvvəl həkim tərəfindən mütləq şəkildə təyin olunmuş dərmanlardan başqa, vitamin, qida əlavəsi, hər hansı preparatların isifadənin dayandırılması məsləhətdir. Qəbul etdiyiniz dərmanların adlarını və dozalarını təqdim etməyiniz xahiş olunur.

- Bəs, “check up” nəticələri nə vaxta hazır olur?

- Adətən müayinə nəticələri növbəti gün hazır olur. Nadir hallarda hansısa laborator testlər bir neçə gün vaxt apara bilər, bu barədə əvvəlcədən məlumat verilir. Ailə həkimi ilə ikinci görüş zamanı bütün müayinə nəticələri tam şəkildə müzakirə olunur. Kənaraçıxma halları, səbəbləri araşdırılır, lazımi müalicə və ya tövsiyələr verilir. Ən yaxşı halda nəticələrə əsasən sağlam kimi qiymətləndirilən şəxslər bir qayda olaraq psixoloji rahatlıq və güvən duyğusu ilə həyat və iş rejimlərinə  daha xoşbəxt davam edir. Cəmi bir neçə saat vaxtınızı ayırmaqla “check up” keçirirsiniz, əvəzində isə 365 gün sağlamlığınızdan əmin olursunuz. Bayaq da qeyd etdiyim kimi unutmayaq, “Erkən diaqnoz həyat qurtarır”.