ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə Cibutinin Şabelley aerodromu yaxınlığında qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Hadisə avqustun 9-da qeydə alınıb. İnsident nəticəsində xəsarət alan olmayıb və hər hansı mülki əmlaka ziyan dəyməyib. Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə kənar müdaxilə amili səbəb olmayıb.
Qeyd edək ki, Cibutidə ABŞ-nin “Kemp-Lemonyer” (Camp Lemonnier) hərbi bazası yerləşir. Birləşmiş Ştatlar bu bazadan Afrika və Yaxın Şərqdə keçirilən hərbi əməliyyatların idarə olunmasında istifadə edir.
(1/3) AFRICOM confirms the crash of a military aircraft Aug 9, 2026 near Chabelley airfield in DJ. The incident remains under investigation & resulted in no known injuries or property damage. Initial indications reveal no evidence of external interference as a cause of the crash. https://t.co/Bux3quimgz
— U.S. Africa Command (AFRICOM) (@USAfricaCommand) August 10, 2026
Son xəbərlər
Son Xəbərlər