Tayvan təhlükəsizlik rəsmiləri Çinin Sarı dənizdən Cənubi Çin dənizi və Qərbi Sakit okeana qədər uzanan geniş ərazidə 100-dən çox hərbi və sahil mühafizə gəmisini yerləşdirdiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, AFP-yə anonimlik şərti ilə danışan tayvanlı təhlükəsizlik rəsmisi bildirib ki, yerləşdirmə ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşdən əvvəl başlayıb və sammitdən sonra bölgədəki gəmilərin sayı 100-ü ötüb.
Tayvan Milli Təhlükəsizlik Şurasının rəhbəri Cozef Vu “X” sosial şəbəkəsində yayımladığı xəritədə Çin donanmasının Koreya yarımadası yaxınlığından Cənubi Çin dənizi və Qərbi Sakit okeana qədər geniş bir xətt üzrə aktiv olduğunu göstərib. O, Çini “regional sabitliyi pozan əsas tərəf” kimi xarakterizə edib.
Tayvan rəsmiləri bölgədə tədqiqat və müşahidə gəmilərinin də fəaliyyət göstərdiyini, lakin onların dəqiq məqsədinin hələ müəyyən olunmadığını bildirib. Bununla yanaşı, Çin donanmasının və sahil mühafizə qüvvələrinin bu sularda mütəmadi hərbi təlimlər keçirdiyi xatırladılıb.
Son xəbərlər
Son Xəbərlər