Çində asma körpüdə başıaşağı asılı qaldılar - Video

cinde-asma-korpude-basiasagi-asili-qaldilar
Oxunma sayı: 1773

Çində turistlər ekstremal gəzinti zamanı asma körpüdə başıaşağı asılı qalıb.

“Qafqazinfo” xəbər verir ki, həmin anın görüntülərini “South China Morning Post” nəşri yayıb.

Bildirilib ki, səfərə başlamazdan əvvəl turistlərə təhlükəsizlik qaydaları ilə bağlı xəbərdarlıq olunub və yırğalanmamaq xahiş edilib. Lakin səyyahlar təlimatçıların tövsiyələrinə məhəl qoymayıb.

Kadrlarda onların asılaraq təhlükəsizlik kəndirlərindən yapışdıqları görünür. Onlar təhlükəsiz şəkildə körpüdən düşürülüblər.

Uzunluğu 88 metr olan körpünün təxminən 36 metr yüksəklikdə yerləşdiyi bildirilir.