“Damların üstü ilə gedəcəyik” - Piyadaların çıxış yolu - Foto

damlarin-ustu-ile-gedeceyik
Oxunma sayı: 1350

Bakıda “Tarqovı” kimi tanınan ərazidə (Nizami küçəsi) piyadaların istifadəsi üçün nəzərdə tutulan yol restoran tərəfindən zəbt olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirə yaradıb.

Fotoda piyadalaşmış küçədə fəaliyyət göstərən iaşə obyektlərinin açıq terraslarının vətəndaşların hərəkət sahəsini məhdudlaşdırdığı görünür.

“Piyada zonasındakı son tikilməmiş sahə də yəqin ki, tezliklə hərracda satılacaq. Ondan sonra isə yeni mərhələyə keçəcəyik - damların üstü ilə hərəkət edəcəyik”, - istifadəçilərdən biri paylaşımda qeyd edib.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti göstərir. Əlavə olaraq qeyd edirik ki, görülmüş müvafiq tədbirlər nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki vəziyyətinə qaytarılıb”.

Lamiyə Məmmədova