Daşkəsənə leysan yağdı, bir kəndi sel basdı

daskesene-leysan-yagdi-bir-kendi-sel-basdi
Oxunma sayı: 2551

Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.

Eyni zamanda yağıntılı havadan digər kəndlər də fəsadsız ötüşməyib.

Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.

Yunis Quliyev