Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədən İrlandiyaya yollanıb.
“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, o, Dublində Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak edəcək.
N.Paşinyan isə öz növbəsində sosial şəbəkə hesablarında Dublindən paylaşım edib.
Paylaşımdan onun Antalyada əşyalarını toplayarkən pencəyinin cibinə qoyduğu bananı özü ilə Dublinə aparmasını görmək mümkündür.
O, bundan əvvəl sosial şəbəkə hesablarında Antalyada çay içdiyinə dair video paylaşıb. Ermənistan hökumət başçısının bu paylaşımları Türkiyə mediasında müzakirə mövzusuna çevrilib.
Son xəbərlər
Son Xəbərlər