DÇ-dən qayıdan futbolçu vəfat etdi

dc-den-qayidan-futbolcu-vefat-etdi
Oxunma sayı: 853

Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, son Dünya Çempionatında ölkəsini təmsil edən və “Mamelodi Sundowns” klubunun formasını geyinən yarımmüdafiəçinin qəfil ölümü futbol ictimaiyyətində böyük kədər yaradıb.

Adams DÇ-nin qrup mərhələsində komandasının keçirdiyi hər üç oyunda meydana çıxmışdı. O, Meksika və Çexiyaya qarşı start heyətində yer alıb, Cənubi Koreya ilə qarşılaşmada isə sonradan oyuna daxil olmuşdu.

Karyerasına “Stellenboş” akademiyasında başlayan Ceyden Adams həmin akademiyanı bitirdikdən sonra peşəkar müqavilə imzalayan ilk futbolçu olmuşdu. O, keçmiş klubunda 139 oyuna çıxaraq bir neçə uğura imza atmışdı.

Uğurlu çıxışından sonra Adams 2025-ci ilin yanvarında Cənubi Afrikanın aparıcı klublarından biri olan “Mamelodi Sundowns”a transfer olunmuşdu.