Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“İndi biz tamamilə yeni həyatdan danışırıq. Azərbaycan ərazisi var, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb. İki ölkə sülh müqaviləsi üzərində işləyir, burada hələ də razılaşdırılmamış maddələr var”, - Peskov bildirib.