Deputat lizinq faizlərindən şikayətləndi

deputat-lizinq-faizlerinden-sikayetlendi
Oxunma sayı: 502

“Azərbaycanda bankların lizinq faizi kredit faizindən daha çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3.5 faiz, istehlak kreditləri üzrə 7.0 faiz olsa da, avtomobil lizinqlər üzrə faiz dərəcəsi daha aşağı, 2 faiz ətrafında dəyişir.

Qazaxıstanda orta kredit faizi 19.0 faiz olsa da, avtomobil kreditləri üzrə faiz 14 faizdir.

Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11 faizdən başlasa da, lizinq üçün faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır. Digər tərəfdən ilkin ödəniş tələbi də var. Göründüyü kimi, lizinq şərtləri cəlbedici deyil.

Reyester qeydiyyatı, hesabatlılıq rəqabətə necə təsir edəcək? Bu tələblər lizinq xidmətinin banklarda təmərküzləşməsinə səbəb olacaqmı?

Minimum kapital tələbi qanunla konkret meyara bağlanılsın ki, bazar çıxış imkanlarına neqativ təsir göstərməsin. Bir sıra ölkələrdə hüquqi şəxslər ilə yanaşı, fiziki şəxslər də maliyyə icarəsi ilə məşğul olurlar. Amma yeni qanun fiziki şəxslərə lizinq fəaliyyəti ilə məşğul olmaq imkanı verməyəcək.

ABŞ təcrübəsindən istifadə olunsa da, arayışda qeyd edilmir, məsələn, bazar dəyərinin 90, istismar müddətinin 75 faiz və daha çox olması sözügedən ölkədən götürülüb”, - deputat qeyd edib.

Nuranə Daxilqızı