İran ABŞ-yə görə bu ölkələrə hücum edə bilər

iran-abs-ye-gore-bu-olkelere-hucum-ede-biler
Oxunma sayı: 413

İran Vaşinqtonun İslam Respublikasına qarşı hücumları bərpa edəcəyi təqdirdə, Avropadakı ABŞ hərbi bazalarına zərbə endirəcəyi ilə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Times” nəşri məlumat yayıb.

İranın hədəf ala biləcəyi yerlər sırasına ABŞ-nin Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı hərbi obyektləri daxildir. İran həmçinin sualtı internet kabellərinin fəaliyyətini poza bilər.

Qərb kəşfiyyat xidmətləri hesab edir ki, Tehran Avropadakı ABŞ obyektlərinə qarşı hücumlar təşkil etmək üçün özünün proksi qruplarından və cinayət şəbəkələrindən istifadə edə bilər.