“Dəstəyə görə Gürcüstana təşəkkür edirik”

desteye-gore-gurcustana-tesekkur-edirik
Oxunma sayı: 812

Xəbər verdiyimiz kimi, bu gün sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yollarının (ADY) yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

İxracla bağlı SOCAR-dan sorğumuza cavab olaraq bildirilib ki, 18 dekabr 2025-ci il tarixində SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin Ermənistana yola salınıb:

“Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzinin satışı beynəlxalq bazar qiymətlərinə uyğun həyata keçirilir. Gürcüstan hökumətinə göstərilən dəstəyə görə təşəkkür edirik”.