“Dinamo”nun əsas müdafiəçisi beyin silkələnməsi keçirdi - “Qarabağ”a qarşı oynamayacaq

dinamonun-esas-mudafiecisi-beyin-silkelenmesi-kecirdi
Oxunma sayı: 556

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”su ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Tomaş Kendzyöra zədələnib. 

O, məşqlərin birində beyin silkələnməsi keçirib. Futbolçu komanda ilə birlikdə Bakıya gəlməyib. 

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşması bu gün saat 20:00-da başlayacaq.