Distant işlə bağlı yeniliklər gözlənilir - Nazir müavini danışdı

distant-isle-bagli-yenilikler-gozlenilir
Oxunma sayı: 822

“Bildiyiniz kimi, distant iş COVID-19 dövründə qlobal miqyasda kəskin aktuallaşdı və işəgötürənlər, işçilər, eləcə də dövlətlər üçün yeni çağırışlar yaratdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Pandemiya şəraiti əmək münasibətlərində çevik iş formalarının hüquqi tənzimlənməsinin vacibliyini göstərdi. Bu kontekstdə beynəlxalq təcrübəyə uyğun olaraq distant iş anlayışının hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Əmək Məcəlləsi təkmilləşdirilib”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı