DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar+Video

dtx-nin-emekdaslari-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 848

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.