Dünya çempionu “Barselona”nı seçdi

dunya-cempionu-barselonani-secdi
Oxunma sayı: 595

“Mançester Siti” və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri karyerasını davam etdirəcəyi klubla bağlı yekun qərarını verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Onun sözlərinə görə, DÇ-2026-nın ən yaxşı futbolçusu İspaniyanın “Barselona” klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və hazırda klublararası danışıqların yekunlaşmasını gözləyir:

“Şəhərlilər” 30 yaşlı futbolçunun transferinə mane olmaq niyyətində deyillər və təcrübəli yarımmüdafiəçini bonuslar da daxil olmaqla 70 milyon avro qarşılığında buraxmağa razılıq veriblər”.

Qeyd edək ki, ötən mövsüm Rodri 33 matçda meydanda olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin hesabında İspaniya millisinin heyətində 70 oyun var.