Dünya İstanbulu dolaşan bu itdən danışır - Fotolar

Dünya İstanbulu dolaşan bu itdən danışır
Oxunma sayı: 9791

İstanbulda sahibsiz bir it son günlər həm Türkiyədə, həm də digər ölkələrdə böyük populyarlıq qazanıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, “Boji” adlı bu it İstanbulda insanlar kimi bir çox nəqliyyat vasitələrinə minərək hər gün şəhəri dolaşır.

Məlumata əsasən, “Boji” hər gün avtobus, metro, tramvay və bərəyə minərək bir gündə 30 kilometrə qədər yol qət edir. Bununla yanaşı, o, gün ərzində azı 29 metro stansiyasını gəzir. Metroda insanlar kimi sarı xəttdən kənarda qatarı gözləyir, qatar gəldikdə isə insanların düşməsini gözlədikdən sonra ora minərək öz səyahətinə başlayır.

O, tramvay, metro və avtobuslarda boji adlanan hissədə yatmağı sevdiyi üçün ona “Boji” adı verilib. 

“Boji”nin gün ərzində nə qədər məsafə qət etdiyini isə İstanbul bələdiyyəsinin nümayəndələri tərəfindən taxılan mikroçip ilə təyin etmək mümkün olub. Həmçinin onun üçün instaqram və tviter hesabları da açılıb.

Qeyd edək ki, Fransa, İndoneziya, Rumıniya, Argentina, Meksika, Yunanıstan, İsveç, İngiltərə və Kanada KİV öz səhifələrində “Boji”nin bu səyahəti barədə yazılar dərc ediblər.