Dünyanın ən zəngin futbol klublarının adları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, siyahı “Deloitte” tərəfindən tərtib edilib.
“Real Madrid” ötən mövsümdən sonra reytinq cədvəlinə başçılıq edir. 2024/2025 mövsümü üçün ağ-qaralar 1,2 milyard avro qazanıb.
İkinci yeri 975 milyon avro ilə İspaniyanın digər klubu “Barselona” tutub. Üçüncü yerdə isə “Bavariya” (861 milyon avro) qərarlaşıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə “Real Madrid” 1,046 milyard avro qazanaraq dünyanın ən zəngin klubu kimi də tanınıb.
Son xəbərlər
Son Xəbərlər