Əfqanıstan-Pakistan münaqişəsində ölü sayı artır

efqanistan-pakistan-munaqisesinde-olu-sayi-artir
Oxunma sayı: 1003

Əfqanıstan və Pakistanda arasında ötən gecədən başlayan hərbi əməliyyatlar zamanı “Taliban”ın 228 silahlısı öldürülüb, 314 nəfər yaralanıb.

“Qafqazinfo” “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

“Taliban”a məxsus 74 postun məhv edildiyi, 18 postun ələ keçirildiyi bildirilir.

Məlumata görə, bu müddət ərzində Pakistan tərəfdən 27 nəfər yaralanıb.