Əfqanıstanda 5,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı Paktika əyalətində 255 nəfər həlak olub, daha 150 nəfər isə xəsarət alıb.
Xəbəri rus dilində oxuyun: Пресс-секретарь Ильхама Алиева встретил своего сослуживца спустя 35 лет - Видео
Zəlzələ nəticəsində bir neçə ev uçub. Hazırda dağıntılar arasından cəsədlərin çıxarılması davam etdirilir.
***
Paktika və Xost vilayətlərində zəlzələ nəticəsində azı 280 nəfər ölüb, 600-dən çox insan yaralanıb.
***
“BBC” xəbər verir ki, “Taliban” lideri Hibatullah Axundzada yüzlərlə evin dağıldığını və ölənlərin sayının arta biləcəyini deyib: “Təəssüf ki, 300 mülki şəxs həlak olub, 500-dən çox insan yaralanıb”.
***
“Taliban” rəsmisi - təbii fəlakətlərin idarə olunması nazirinin müavini mətbuat konfransı zamanı ölənlərin sayının 920-yə çatdığını açıqlayıb.
***
Paktika əyalətinin Mədəniyyət və İnformasiya İdarəsinin rəhbəri Amin Xuzayfanın sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Təbii fəlakət zamanı daha 1500-dən çox insan isə yaralanıb.
“Çox sayda kənd məhv olub”, - deyə Xuzayfa qeyd edib.
***
“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb, 2000-dən çox insan isə yaralanıb.