Ehtiyata buraxılan polkovnik vəfat etdi - Foto

ehtiyata-buraxilan-polkovnik-vefat-etdi
Oxunma sayı: 1294

Azərbaycanda polkovnik qəfil vəfat edib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki Mehman Hacıyev ötən gün dünyasını dəyişib.

M.Hacıyev uzun illər Horadizdə hərbi hissələrin birində komandir vəzifəsində çalışıb.

Onun qısa müddət əvvəl təqaüdə çıxdığı bildirilir.