Ehtiyatda olan zabit yol qəzasında həlak oldu

ehtiyatda-olan-zabit-yol-qezasinda-helak-oldu
Oxunma sayı: 6199

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb.

Hadisə zamanı “Toyota” markalı avtomobil yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. O, hadisə nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, M.Əhmədov ehtiyatda olan zabitdir.