“El-Klassiko”da “Real” qələbə qazandı

el-klassikoda-real-qelebe-qazandi
Oxunma sayı: 3430

Futbol üzrə İspaniya La Liqasının 32-ci həftəsində “Real” doğma meydanda “Barselona”nı məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

Belə ki, Kristensen 6-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. Meydan sahibləri buna 18-ci dəqiqədə Vinisiusun penalti qolu ilə cavab veriblər.

“Barselona” 69-cu dəqiqədə Fermin Lopezin qolu ilə yenə hesabda irəli keçsə də, 4 dəqiqə sonra Lukas Vaskes hesabı bərabərləşdirib.

90+1-ci dəqiqədə Bellinqem Vaskesin ötürməsini tora göndərməyi bacarıb.

Beləliklə “Real” “El-Klassiko”da 3-2 hesabı ilə qalib gələrək xalını 81-ə çatdırıb. “Barselona” isə 70 xalla ikincidir.