“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı İştirakçılarının növbədənkənar iclasının qərarına əsasən, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibində yeni təyinat həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Rəşid oğlu Əhmədov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının yeni üzvü təyin edilib.
Elçin Əhmədov peşəkar fəaliyyəti ərzində müxtəlif dövlət və özəl təşkilatlarda, təhsil müəssisələrində, maliyyə qurumlarında və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. 2020–2025-ci illərdə “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının müstəqil üzvü vəzifəsində fəaliyyət göstərib. 11 mart 2025-ci il tarixindən “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Son xəbərlər
Son Xəbərlər