Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı - Video

eldeniz-ezizli-ermeni-reqibini-meglub-edib-finala-cixdi
Oxunma sayı: 3072

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, o, finala gedən yolda Ermənistan təmsilçisi Manvel Xaçataryanla qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən güləşçimiz ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, bu, E.Əzizli üçün dördüncü Avropa çempionatının finalıdır.