Göygöldə ağır qəza - Sərnişin öldü

goygolde-agir-qeza
Oxunma sayı: 1680

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, sürücü Əlsəgər Paşayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili aşıb.

Qəza zamanı avtomobildə olan sərnişin 17 yaşlı Ömər İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yunis Quliyev