Ələtdə bədbəxt hadisə - Ölən var

eletde-bedbext-hadise
Oxunma sayı: 1064

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağın Ələt qəsəbəsində elektrik dayağına naqil quraşdıran zaman 15 metr hündürlükdən yıxılıb.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.