“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının altıncı turunda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu Qadın və Uşaq Sığınacağında icazə alaraq təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, E. Cəfərquliyev balaca Əkbərə imzalı formasını da hədiyyə edib.
Həmin görüntüləri təqdim edirik:


Son xəbərlər
Son Xəbərlər