Əməkdar artist 30 il sonra şəhid yoldaşının məzarında - Fotolar

emekdar-artist-30-il-sonra-sehid-yoldasinin-mezarinda
Oxunma sayı: 5285

Əməkdar artist Gülüstan Əliyeva 30 ildən sonra şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib. 

"Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl I Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Burada yatanların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - o yazıb. 

Qeyd edək ki, Z. Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.