Hikmət Mirzəyevin şəhid övladları ilə görüşündən - Fotolar

hikmet-mirzeyevin-sehid-ovladlari-ile-gorusunden
Oxunma sayı: 530

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid övladları ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Şəhid övladlarının qayğı və problemləri dinlənilib, onların sosial vəziyyəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, Vətən uğrunda misilsiz şücaətlər göstərərək şəhid olan döyüşçülərimizin xatirəsi daim uca tutulur, onların ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunurlar.

General-polkovnik H.Mirzəyev şəhid övladlarının fikirlərini dinləyib, onların arzu və istəklərinin dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılacağını bildirib.

Görüşdə şəhid övladları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə dəstəyin göstərilməsi Azərbaycan Ordusunun əsas mənəvi dəyərlərindən biridir.