Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-i Rusiyaya səfər edəcək.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Görüş zamanı Prezidentlərin Ukraynadakı müharibə, eləcə də regional məsələləri və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir.